AZ

ETİHİ Respublika Komitəsinin Şəki regional görüşü: üzv təşkilatlarla birbaşa dialoq genişlənir

Şəki, 21 noyabr, Rasim İslamoğlu, AZƏRTAC

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki şəhəri, Oğuz və Balakən rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə və Komitənin məsul əməkdaşları iştirak ediblər.

Araz Paşayev çıxışında əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar ittifaqlarının strateji mövqeyini diqqətə çatdırıb, üzv təşkilatlar arasında həmrəyliyin və vahid fəaliyyət xəttinin əsas hədəf olduğunu vurğulayıb. O, birbaşa dialoqun genişləndirilməsi və ilk təşkilatlara sistemli dəstəyin artırılmasının Komitənin əsas istiqamətlərindən olduğunu bildirib.

Görüşdə sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının təminatı üzrə həyata keçirilən təşəbbüslərlə bağlı təqdimatlar edilib.

İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsi aparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb. ETİHİ rəhbərliyi tərəfindən regional görüşlərin digər bölgələrdə də davam etdiriləcəyi və üzv təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinin prioritet olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.

Seçilən
7
4
azertag.az

10Mənbələr