AZ

Şəkidə 300-ə yaxın ilk təşkilat sədrləri bir araya gəldi (FOTO)

Bakı. Trend:

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı(ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla bilavasitə ünsiyyətinvə əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıltədbirlərini davam etdirir.

Trend xəbər verir ki, buçərçivədə növbəti regional görüş noyabrın 20-də Şəki şəhər HeydərƏliyev Mərkəzində baş tutub.

Görüşə Şəki şəhəri, Oğuz və Balakən rayonlarının təhsilmüəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqıtəşkilatlarının sədrləri qatılıblar.

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədrmüavini Mirzə Cəfərzadə,və Komitənin məsul əməkdaşları iştirakediblər.

Araz Paşayev çıxışında AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğunolaraq əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlarittifaqlarının strateji mövqeyini diqqətə çatdırıb, üzv təşkilatlararasında həmrəyliyin və vahid fəaliyyət xəttinin əsas hədəfolduğunu vurğulayıb. O, birbaşa dialoqun genişləndirilməsi və ilktəşkilatlara sistemli dəstəyin artırılmasının Komitənin əsasistiqamətlərindən olduğunu bildirib.

Görüşdə sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri vəişçi hüquqlarının təminatı üzrə həyata keçirilən təşəbbüslərləbağlı təqdimatlar edilib.

İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsiaparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb.
ETİHİ rəhbərliyi tərəfindən regional görüşlərin digər bölgələrdə dədavam etdiriləcəyini və üzv təşkilatlarla qarşılıqlı fəaliyyətingücləndirilməsinin prioritet olduğunu diqqətə çatdırılıb.

Qeyd edəki ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıRespublika Komitəsi hazırda ölkə üzrə 405 mindən artıq ittifaqüzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatıözündə birləşdirir.

Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Seçilən
2
7
az.trend.az

10Mənbələr