Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskidən noyabrın 27-də Şükran Günündə sülh sazişi imzalamasını gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Nəşr iddia edir ki, bundan sonra razılaşma Rusiya tərəfinə təqdim olunacaq və bütün proses dekabrın əvvəlinə qədər tamamlanmalıdır.
Qeyd olunub ki, proseslərin bu müddət ərzində cərəyan etməsi ehtimalı azdır. Ukrayna Prezident Aparatının bir neçə rəsmisi planın bir neçə bəndinin Kiyev üçün aydın qırmızı xətlər təşkil etdiyini bildirib.
Axios, mənbələrə istinadla yazır ki, ABŞ Rusiya ilə sülh müqaviləsinin hazırlanması ilə bağlı “gizli məsləhətləşmələr” aparır. ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni planı 28 bənddən ibarətdir və Qərb mediasının “Rusiyaya kütləvi güzəştlər” adlandırdığı müddəalardan ibarətdir. Konkret olaraq, sənəddə Ukrayna Silahlı Qüvvələrinin təqribən 2,5 dəfə ixtisar edilməsi, Kiyevin Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli raketlərdən imtinası, rus dilinin rəsmi dil kimi təyin edilməsi və s. tələb olunur.