AZ

ABŞ-ın Ukraynaya təzyiqi artır: “Sülh planı”nın BU TARİXƏDƏK imzalanması tələb olunur

Musavat.com xəbər verir ki, Financial Times-ın məlumatına görə, ABŞ administrasiyası Kiyevdən Tramp komandası ilə Rusiya nümayəndələrinin hazırladığı “sülh planı”nı təcili şəkildə qəbul etməsini tələb edir.

Qəzet yazır ki, adının açıqlanmasını istəməyən ukraynalı rəsmilər Vaşinqtonun Ukraynaya ciddi təzyiq göstərdiyini bildiriblər.

Mənbələr hətta bu vəziyyəti ilin əvvəlində Donald Trampın Zelenskidən faydalı qazıntılarla bağlı razılaşmanı təsdiq etməsi üçün göstərdiyi təzyiqlə müqayisə ediblər.

Rəsmilərin sözlərinə görə, Ağ Ev müharibəni ilin sonunadək bitirmək üçün “aqressiv qrafik” üzərində çalışır və bu barədə Ukrayna tərəfinə rəsmi məlumat verilib. ABŞ administrasiyasının gözləntisi — Zelenski təqdim olunan sənədi ən geci Şükran Gününə, yəni gələn cümə axşamına qədər imzalasın.

Lakin Financial Times qeyd edir ki, bu tarixlərin reallaşması real görünmür. Çünki Kiyevin mövqeyinə görə, planın tərkibində Ukrayna üçün açıq şəkildə “qırmızı xətt” hesab edilən bir neçə maddə var. Bu səbəbdən Kiyev sənədi bu formada qəbul etməyə hazır deyil və hazırda Vaşinqtona təqdim edilmək üçün əks-təklif üzərində işləyir. 

 

Musavat.com

Seçilən
62
7
musavat.com

8Mənbələr