AZ

Zelenski Trampın sülh planını rədd etdi

Vladimir Zelenski Donald Tramp administrasiyası tərəfindən təklif olunan münaqişənin həlli üçün yeni sülh planını qəti şəkildə rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Bildirilir ki, Ukrayna tərəfi Vaşinqtonun təkliflərini Kremlin maksimalist tələblərinə tam uyğun hesab edib.

28 bənddən ibarət plan Kiyevin nəzarəti altında olan ərazilər də daxil olmaqla, bütün Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını, həmçinin Krımın və Donbasın Rusiya ərazisi kimi tanınmasını, Zaporejya və Xerson vilayətlərində cəbhə xətti boyunca praktiki olaraq dayandırılmasını nəzərdə tutur.

Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin 50% ixtisar edilməsi, xarici qoşunların yeridilməsi və uzaqmənzilli silahların verilməsinin dayandırılması, rus dilinin və Ukrayna Pravoslav Kilsəsinin hüquqlarının bərpası tələbləri də yer alıb.

Seçilən
40
40
publika.az

10Mənbələr