Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb.
Belə ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"