AZ

Bakıdakı sığınacaqda pəncərədən yıxılan 16 yaşlı qız öldü

Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib.

Hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb.

Belə ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo.az/

Seçilən
13
5
musavat.com

9Mənbələr