PSJ və Marsel “Olimpik”i arasında keçiriləcək futbol üzrə Fransa Super Kuboku uğrunda oyunun tarixi və məkanı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, həlledici matç 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Küveytdəki Caber Əl-Əhməd stadionunda baş tutacaq.
Xatırladaq ki, Fransa Super Kuboku uğrunda qarşılaşma 2009-cu ildən ölkə xaricində təşkil olunur. Bu turnirin oyunları daha əvvəl Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada da keçirilib.
Fransada Super Kuboku ən çox qazanmış komanda PSJ-dir. Paris nəhəngi son üç ildə ardıcıl bu titula sahib çıxıb. Bütövlükdə isə PSJ-nin 13 belə titulu var. Lion “Olimpik”i 8 titulla ikinci, “Reyms” 5 qənimətlə üçüncüdür. “Sent-Etyen” də 5 dəfə super kubok sahibi olub.

