AZ

Hikmət Hacıyev Alison Huker ilə görüşüb

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı müzakirə edib.

Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"Alison Hukerin rəhbərlik etdiyi Birləşmiş Ştatlar nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan–Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla geniş məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik", – deyə paylaşımda qeyd olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
8
xalqqazeti.az

10Mənbələr