AZ

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavinilə müzakirələr aparıb


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”sosial şəbəkə hesabında paylaşım edib.
Hikmət Hacıyev Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib.  
“Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”, - Prezidentin köməkçisi qeyd edib.

Seçilən
17
29
yeniavaz.com

10Mənbələr