AZ

Rusiyanın Ukraynada yaşayış binasına hücumunda ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-1


Rusiya ordusunun Ternopilə zərbələri nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb. Daha 73 nəfər yaralanıb, onlardan 15-i uşaqdır.


APA xəbər verir ki, bu barədə məlumatı Ukrayna Fövqəladə Hallar Xidməti yayıb.

***

15:22

Rusiyanın hücumları nəticəsində Ukraynanın Ternopol bölgəsində həyatını itirənlərin sayı 20 nəfərə çatıb.


APA “UNIAN”a istinadən xəbər verir ki, xəsarət alanların sayı 60 nəfəri ötüb.

Yaralananlardan 16-sı uşaqdır.

***

11:54

Rusiyanın Ternopola hücumu nəticəsində azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya 470-dən çox dron və 48 raketlə hücum edib.

“Ternopolda 9 mərtəbəli yaşayış binasına zərbə endirilib. Zərbə yanğına səbəb olub. Dağıntılar altında qalanlar ola bilər. 9 nəfər həyatını itirib. Xarkova hücumda isə onlarla xəsarət alan var. İvano-Frankovs regionunda enerji infrastrukturumuza edilən hücumda 3 nəfər yaralanıb, onların ikisi uşaqdır” Zelenski qeyd edib.

Prezident Kiyev, Donetsk, Çernihiv, Dnepr və digər bölgələrə də hücumlar edildiyini bildirib.

Rusiyanın Rusiyanın
Seçilən
32
2
apa.az

10Mənbələr