ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qalatasaray” “Real Madrid”in futbolçusu Rodriqo Qoesin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunu icarəyə götürmək istəyir. AS nəşrinin məlumatına görə, “Qalatasaray” futbolçunun məvacibinin bir hissəsinin “Real” tərəfindən ödənilməsini tələb edir. Tərəflər razılaşarsa, “Qalatasaray” transferi mövsümün fasiləsində reallaşdırmaq istəyir. Bildirilir ki, “Real” Rodriqonun daha çox oyun vaxtı qazanması üçün onu Çempionlar Liqasında oynayan kluba icarəyə verə bilər.
Qeyd edək ki, Rodriqo Qoes cari mövsümdə 13 oyunda iki məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsi 2028-ci ildə yekunlaşır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.