
“Qalatasaray” klubu qış transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün hazırlıqlara başlayıb.
Missiya.Az xəbər verir ki, klubun prezidenti Dursun Özbək texniki heyətin hesabatını nəzərə alaraq addımlarını planlaşdırır.
Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” milli komandanın kapitanı Hakan Çalhanoğlunun transferini reallaşdırmaq niyyətindədir. Yay transfer dönəmində “İnter”in 30 milyon avro tələb etməsi danışıqları dayandırsa da, yanvar ayında klub yenidən danışıqlara başlayacaq.
Məlumata əsasən, “Qalatasaray” Hakan Çalhanoğlunu transfer etmək üçün 15 milyon avro ödəməyə hazırdır. Futbolçunun “İnter”lə müqaviləsi 1,5 il sonra başa çatacaq.
Qeyd edək ki, “Qalatasaray” ardıcıl dördüncü dəfə Super Liqa çempionluğu və Çempionlar Liqasına vəsiqə qazanmaq niyyətindədir.
Seyranə QuliyevaMissiya.Az