AZ

Fərid Şəfiyev: Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayıb

"Avqustun 8-dən sonra Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayıb".

 

Senzor.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 18-də Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin I Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

O vurğulayıb ki, avqustun 8-də imzalanan sənədlərin əsas üç istiqaməti var: “Birincisi, Azərbaycan–Ermənistan sülh prosesinin formalaşması; ikincisi, Azərbaycan–ABŞ arasında əlaqələrin inkişafı və üçüncüsü, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Buna görə bütün bu məsələlər bu gün burada müzakirə olunacaq. Hazırda ABŞ-ın  Cənubi Qafqaz regionuna marağı artıb. Təbii ki, bundan istifadə etmək lazımdır. Çünki həm Azərbaycan, həm də ABŞ-ın bunun üçün imkanları var”.

 

Seçilən
11
1
senzor.az

2Mənbələr