AZ

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayıb

Avqustun 8-dən sonra Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayıb.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 18-də Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin I Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, avqustun 8-də imzalanan sənədlərin əsas üç istiqaməti var:

“Birincisi, Azərbaycan–Ermənistan sülh prosesinin formalaşması, ikincisi, Azərbaycan–ABŞ arasında əlaqələrin inkişafı və üçüncüsü, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Buna görə bütün bu məsələlər bu gün burada müzakirə olunacaq. Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb. Təbii ki, bundan istifadə etmək lazımdır. Çünki həm Azərbaycan, həm də ABŞ-nin bunun üçün imkanları var”.

Seçilən
55
1
teleqraf.com

2Mənbələr