Ajans.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindənməlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 218, o cümlədən borclu şəxs qismində axtarışda olan 192 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.