Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Azərbaycan" qəzetinə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 229, o cümlədən borclu şəxs qismində axtarışda olan 213 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.