AZ

Yaşar Gülər: Təyyarənin qara qutu sunun oxunması iki ay vaxt aparacaq

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq."Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
253
10
demokrat.az

10Mənbələr