AZ

Naziri daşıyan təyyarə alışdı

Konqo Demokratik Respublikasının (KDR) mədən naziri Luis Uatum Kabamba və onun heyətini daşıyan təyyarə "Kolwezi" aeroportuna eniş zamanı zolaqdan çıxıb, daha sonra isə alovlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə olan təxminən 20 nəfər sərnişinin yanğın başlamazdan əvvəl təhlükəsiz şəkildə təxliyə edildiyi bildirilir.

Məlumata görə, Kabamba və digər rəsmilər bir neçə gün çox sayda işçinin həlak olduğu "Kolwezi" mədəninə gedirdilər.

Seçilən
80
31
publika.az

10Mənbələr