AZ

Banqladeşdə keçmiş baş nazir Şeyx Hasina Vacidə ölüm hökmü çıxarıldı

Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi (ICT) keçmiş baş nazir Şeyx Hasina Vacid barəsində hökm çıxarıb. Məhkəmə qərarı 2024-cü ilin iyulunda baş verən kütləvi etirazlar zamanı yaşanan itkilərə görə insanlığa qarşı cinayətlərdə günahlandırdığı üçün verib.

BAKU.WS xəbər verir ki, ICT-in üç hakimdən ibarət heyəti gıyabında keçirdiyi məhkəmə prosesində Hasina Vacidin məsuliyyət daşıdığını müəyyən edib. Eyni zamanda, qərarda Banqladeşin sabiq daxili işlər naziri Asaduzzaman Xan Kamal və polis rəisi Çaudhuri Abdullah əl-Məmun da eyni ittihamlarla cəzalandırılır.

Məhkəmə Hasina Vacidə idam cəzası verib. Bu qərar Banqladeşdə və beynəlxalq aləmdə geniş rezonans doğurub.

Seçilən
126
22
far.az

10Mənbələr