AZ

Putindən xarici işçilərlə bağlı yeni qaydalar: Əmək müqavilələrinin ləğvi asanlaşır

Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış əmək müqavilələrinin ləğv olunması üçün əsasların siyahısını genişləndirən qanunu imzalayıb.

Azreform.info xəbər verir ki, sənəd artıq rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Yeni düzəlişlərə əsasən, siyahıya işəgötürənin mövcud rus qanunvericiliyinə uyğun şəkildə xarici işçi qüvvəsinin sayını azaltmalı olduğu hallar da əlavə olunub.

Qanun 2026-cı ilin 1 mart tarixindən etibarən tətbiq olunacaq.

Bu dəyişiklik parlamentə “Yeni insanlar” fraksiyasının deputatları tərəfindən təklif edilmişdi.

Leyla

Seçilən
308
41
azreform.info

10Mənbələr