AZ

Əmək müqavilələrinin sayı açıqlanıb

Bakı. Trend:

Həyata keçirilən vergi siyasəti əmək bazarına müsbət təsirgöstərməkdə davam edir.

Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir ki, 2025-ci il noyabr ayının 1-nə işçilərləişəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı1.884.656 olub.

Məlumata əsasən, təkcə oktyabr ayı ərzində 16,1 min artımmüşahidə olunub.

Bildirilib ki, ümumi əmək müqavilələrinin 54,2%-ə yaxınıqeyri-neft sektorunun özəl bölməsinin payına düşüb.

Vurğulanıb ki, bu sektorda artımın əsas hissəsi xidmət, ticarətvə tikinti sahələrində qeydə alınıb.

Seçilən
375
41
az.trend.az

10Mənbələr