AZ

Tramp Maduro ilə danışıqları istisna etməyib

ABŞ Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlar apara bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

“Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun və nə baş verəcəyini görək”, - deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, Maduro ABŞ vətəndaşlarına müraciət edərək Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb və potensial silahlı münaqişəni “bütün Amerika üçün faciə” adlandırıb.

Seçilən
30
6
yeniazerbaycan.com

10Mənbələr