ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Venesuelada quru hərbi əməliyyatı ehtimalını gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Mən heç nəyi istisna etmirəm”, – Tramp Ağ Evdə deyib.
Qeyd edək ki, noyabrın 14-də Pentaqon Qərb yarımkürəsində “Cənub nizəsi” əməliyyatının başladığını elan edib Bunun ardınca Venesuela Prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Karib dənizində müharibənin qarşısını almağa çağırıb.
O, potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb və Vaşinqtonun hərəkətlərinin bütün bəşəriyyətə qarşı yönəldiyi fikrini bildirib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.