Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub. Bundan sonra “VAZ” markalı minik maşını yol kənarında dayanan “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində “VAZ” sürücüsü həyatını itirib, digər sürücü isə yaralanıb.
Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.