AZ

Lənkəranda “07” yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTOLAR

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Ələt–Astara magistralının 164-cü km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil Astara rayon sakini Habil Zahirovun idarə etdiyi “DAF” markalı ağır yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107”dəki sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, avtomobil yolu əks istiqamətdə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
112
47
avtosfer.az

10Mənbələr