AZ

Prezident: Monteneqro Avropa İttifaqına üzv olmağa ən hazırlıqlı namizəddir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Podqoritsa, 16 noyabr, AZƏRTAC

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlüyə ən qabaqcıl və hazırlıqlı namizəddir.

AZƏRTAC xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç deyib.

“Biz qurumlarımızın dayanıqlığını gücləndirməli, hibrid təhdidlərlə qarşı daha effektiv mübarizə aparmalı, gənclərin media savadlılığı üzərində işləməliyik və sosial birliyi gücləndirməliyik”, - deyə o ölkəsinin Aİ-yə inteqrasiyası ilə bağlı bildirib.

Yakov Milatoviç Monteneqronun bütün danışıqlar fəsillərini açan yeganə ölkə olduğunu, Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə tam uyğun xarici siyasət yürütdüyünü deyib. “Genişlənmə hər zaman Avropanın sabitliyinə sərmayə olub. Bu, yalnız qoşulan ölkələrə deyil, həm də qitə kimi Avropaya sərmayədir. Cənubi, eləcə də Şərqi Avropa ölkələrinin qoşulması ilə bağlı vəziyyət belə idi. Bu gün Qərbi Balkan regionu ölkələri də eyni vəziyyətdir. Avropa bu impulsu ələ keçirməsə, başqası ələ keçirəcək. Artıq üçüncü tərəflərin hibrid təhdidlərini və dezinformasiya kampaniyalarını görürük. Buna görə də Avropanın proseslərdə daha çox iştirakı vacibdir”, - deyə o əlavə edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
462
28
azertag.az

10Mənbələr