Cənubi Afrika Respublikası 2036 və ya 2040-ci illərdə Olimpiya Oyunlarını keçirmək üçün müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Prezident Administrasiyasında nazir Kumbudzo Ntşaveni məlumat verib.
“Əgər bizə sabah Olimpiya Oyunlarını keçirməyi təklif etsələr belə, kabinet əmindir ki, mövcud obyektlərdən istifadə etməklə bu Oyunları qəbul edə bilərik”, – deyə Ntşaveni AFP agentliyinə bildirib.