AZ

Şimali Koreya tezliklə nüvə sınağı keçirə bilər

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Şimali Koreya nüvə sınağı meydançasını daim həyəcan vəziyyətində saxlamaqda davam edir və ölkə lideri Kim Çen In buna qərar verərsə, dərhal yeddinci nüvə sınağını keçirə bilər.

Missiya.Az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Bildirilib ki, bu, Şimali Koreyanın Çinlə sərhədindən 60 km məsafədə yerləşən və Pxenyanın Seulla razılaşmasına əsasən, 2018-ci ildə bağlanmalı olan Şimali Koreyanın yeganə məlum nüvə sınaq poliqonu olan Punqari poliqonunun 3 nömrəli mədənidir.

“Əgər Kim Punqari poliqonundan istifadə etməklə nüvə sınağı keçirmək qərarına gəlsə, bu, qısa müddətdə həyata keçirilə bilər”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Pxenyan sonuncu dəfə 2017-ci ildə yeraltı nüvə sınaqları keçirib, bundan sonra BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
180
12
missiya.az

10Mənbələr