AZ

Fransızların 68 faizi antisemitizmin geniş yayıldığını düşünür

Fransada keçirilmiş rəy sorğusunun nəticələrinə görə, fransızların 68 faizi ölkədə antisemitizmin geniş yayıldığını düşünür. Bu rəqəm əvvəlki sorğularla müqayisədə azalıb - 2020-ci ildə 75 faiz və 2024-cü ildə 79 faiz. 

Eyni zamanda, respondentlərin 66 faizi son illərdə antisemitizm səviyyəsinin artdığını və 27 faizi onun əhəmiyyətli dərəcədə daha geniş yayıldığına inandığını bildirib. 

Sorğu həmçinin respondentlərin 61 faizinin Fransada yaşayan yəhudilərin narahatlıqlarını haqlı hesab etdiyini müəyyən edib. Bu rəqəm durmadan artmışdır: 2014-cü ildəki 35 faizdən 2024-cü ildə 64 faiz qədər. 

Fransızların əksəriyyəti antisemitizmlə mübarizə üçün kifayət qədər iş görülmədiyinə inanır. Sorğuda iştirak etmiş respondentlərin 46 faizi əlavə tədbirlərə ehtiyac olduğunu, 33 faizi görülən tədbirlərin kifayət etdiyini, 21 faizi isə həddindən artıq çox iş görüldüyünü düşünür. 

Respondentlərin əksəriyyətinin fikrincə, antisemit cinayətlərə qarşı qanunlar ya kifayət qədər sərt deyil, ya da səhv tətbiq olunur. Yalnız 13 faizi bunun əksini düşünür. 

İsrail mediası yazır ki, ayrı bir sual bloku antisionizm və antisemitizm arasındakı əlaqəni əhatə etmişdir. Sorğuya görə, fransızların 61%-i antisemitlərin yəhudilər əvəzinə İsraili tənqid etməklə fikirlərini daha məqbul hala gətirdiklərinə inanır. Eyni zamanda, 36 faizi antisemit olmadan da İsrailin məhv edilməsini arzulaya biləcəyinə inanır. 

R. HİLALOĞLU,

“Azərbaycan”

Seçilən
42
8
azerbaijan-news.az

10Mənbələr