AZ

Amerikalıların 67% i ölkənin düzgün istiqamətdə getmədiyini düşünür

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalıların təxminən üçdə ikisi (67%) hesab edir ki, ölkə “olduqca ciddi şəkildə yoldan çıxıb”.

Yeniavaz.com xəbər verir ki, bu məlumat “ABC News” televiziya, “Washington Post” nəşri və “Ipsos” araşdırma təşkilatının ABŞ vətəndaşları arasında keçirdiyi  birgə sorğudan sonra verilib.

Bilfdirilir ki, respondentlərin üçdə biri ABŞ-nin düzgün istiqamətdə irəlilədiyini düşünür.

“Ipsos”un apardığı sorğu amerikalıların ümumi narazılıq və narahatlıq içində olduğunu göstərir. Respondentlərin əksəriyyəti, yaşadıqları bölgədən – istər şəhər, istər şəhərətrafı, istərsə də kənd ərazilərindən asılı olmayaraq ölkənin yanlış istiqamətdə getdiyini düşünür. Bu əhval-ruhiyyə bütün gəlir və təhsil səviyyələrindəki amerikalılar arasında geniş yayılıb.

Sorğu göstərir ki, Demokratların 95%-i və müstəqil seçicilərin 77%-i ABŞ-nin yolunu azdığını düşünür. Bu göstərici Respublikaçılar arasında 29% təşkil edir. Etnik qruplar arasında isə qaradərili amerikalıların 87%-i, ispan və asiyalı amerikalıların 71%-i bu fikirdədir. Müqayisə üçün qeyd edək ki, ağdərili amerikalıların 61%-i ölkənin yanlış istiqamətdə getdiyini deyib.

Eyni zamanda, amerikalıların 60%-dən çoxu Trampı inflyasiyanın mövcud səviyyəsinə görə günahlandırır. Respondentlərin əksəriyyəti onun iqtisadi siyasəti, tariflərə yanaşması və federal hökumətə münasibətindən narazıdır. Bundan əlavə, 64% hesab edir ki, Donald Tramp prezident olduğu dövrdə səlahiyyətlərini həddindən artıq genişləndirməyə cəhd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr