Azərbaycanda 2025-ci il oktyabr ayının 1-nə olan vəziyyətə əsasən, fəxri adlara görə 4701 nəfər təqaüd alır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Onlardan 243-i "Xalq" fəxri adına, 4458-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
"Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 300 manat, "Əməkdar" fəxri adına görə isə 200 manatdır.
Telegram kanalımız