AZ

Azərbaycanda fəxri adlara görə 4 mindən çox şəxsə təqaüd verilir

Azərbaycanda 2025-ci il oktyabr ayının 1-nə olan vəziyyətə əsasən, fəxri adlara görə 4701 nəfər təqaüd alır.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onlardan 243-i "Xalq" fəxri adına, 4458-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 300 manat, "Əməkdar" fəxri adına görə isə 200 manatdır.

Seçilən
93
2
far.az

3Mənbələr