AZ

“Napoli”nin daha bir oyunçusu “Qarabağ”la matçı buraxacaq

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissa zədələnib.

“Qafqazinfo” xəbər verir ki, kamerunlu futbolçunun bud əzələsində ciddi zədə var. 

Anqissa bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. 

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda noyabrın 26-da “Qarabağ”a qarşı keçiriləcək oyunda meydanda olmayacaq. 

Xatırladaq ki, bundan öncə “Napoli”nin ulduzu Kevin De Bruyne də sıradan çıxıb. O da “Qarabağ”la matçda meydanda olmayacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
50
qafqazinfo.az

10Mənbələr