AZ

"Napoli"nin daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissa uzun müddət oynaya bilməyəcək.

QOL.az "Football İtalia"ya istinadən xəbər verir ki, kamerunlu futbolçu millinin oyununda zədə alıb və bir neçə ay yaşıl meydanlardan uzaqda qalacaq. Onun bud əzələsində ciddi zədə olduğu bildirilib.

Zambo Anqissa bu mövsüm “Napoli”nin heyətində 15 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

”Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, “Napoli” daha əvvəl digər yarımmüdafiəçisi Kevin De Bruyneni zədə səbəbindən itirmişdi. Hər iki futbolçu "Qarabağ"la oyunu buraxacaq.

Seçilən
135
50
teleqraf.com

10Mənbələr