Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin mənzili müsadirə edilib.
Musavat.com xəbər verir ki, “Pirveli” telekanalının məlumatına görə, buna siyasətçinin 1 milyon lari məbləğində girovu ödəyə bilməməsi səbəb olub. Həbs qəti imkan tədbirinin icrası üçün tətbiq edilib.
O, xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur və bu, 9-12 il həbs cəzası nəzərdə tutur. Məhkəmə həmçinin keçmiş baş nazirin ölkədən çıxışını qadağan edib və pasportunu müsadirə edib.
Sabiq baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “v” bəndi üzrə ittiham irəli sürülüb. Bu maddə qanunsuz gəlirlərin xüsusilə böyük məbləğdə leqallaşdırılması ilə bağlıdır və 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Musavat.com