Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin mənzili müsadirə edilib.
Musavat.com xəbər verir ki, "Pirveli" telekanalının məlumatına görə, bu, Qaribaşvilinin bir milyon lari girov ödəməməsindən sonra baş verib.
Müsadirə qəti tədbirin tətbiqi üçün qərar verilib.
O, xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur və bu, 9-12 il həbs cəzası nəzərdə tutur. Məhkəmə həmçinin keçmiş baş nazirin ölkədən çıxışını qadağan edib və pasportunu müsadirə edib.
İrakli Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "c" bəndi ilə ittiham olunub. Bu maddə çirkli pulların yuyulmasını xüsusilə külli miqdarda gəlir əldə etməklə bağlı cinayət kimi müəyyən edir. Cinayət Məcəlləsinə görə, bu cinayət 9-12 il həbs cəzası nəzərdə tutur.
Musavat.com