Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 6 ölkədən dəyəri89,7 milyon ABŞ dolları olan 105,3 min ton mühərrik benzinləri,tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və yadaha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzinidxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsində 49,5 min ton və ya 88,7%, dəyər baxımından isə 35,9milyon ABŞ dolları və ya 66,9% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə -Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95”markalı benzin ixrac edilib.
Həmçinin bir neçə aylıq faisələdən sonra Azərbaycan BirləşmişƏrəb Əmirliklərindən (BƏƏ) “Aİ-95” markalı benzin tədarükünü bərpaedib. Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycanadəyəri 8,2 milyon ABŞ dolları olan 9,3 min ton “Aİ-95” markalıbenzin ixrac edilib.
2025-ci ilin ilk doqquz ayında Azərbaycanın “Aİ-95” markalıbenzin idxal etdiyi ölkələr:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
Belarus | 12052,5 | 9883,38 |
Rusiya | 69392,61 | 59255 |
Birləşmiş Ərəb Əmirlikləri | 9299,74 | 8168,29 |
Gürcüstan | 1499,08 | 1236,46 |
Bolqarıstan | 1400,24 | 1173,08 |
Rumıniya | 11664,79 | 10015,67 |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon tonavtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eynidövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsalolunmuşdu.
Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı62,2 min ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manatolmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.