AZ

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 3 ölkəyə

(Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 4,085 milyon ABŞ dolları

olan 6,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı

0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (“Aİ-92”)

benzin ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə

edib.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici

ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.

Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları

dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində

1,093 min ton, Türkiyəyə isə 1,650 milyon ABŞ dolları dəyərində 3,1

min ton “AI-92" markalı benzin ixrac edilib.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı

benzin satdığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Əfqanıstan

2297,68

1631,35

Gürcüstan

1093,57

803,77

Türkiyə

3065,74

1650,06

Eyni zamanda bu ilin yanvar-avqust aylarında Azərbaycana 3

ölkədən dəyəri 64,396 milyon ABŞ dolları olan 83 min ton mühərrik

benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox

olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal

edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə

həcm ifadəsində 36,1 min ton və ya 1,8 dəfə, dəyər baxımından isə

25,9 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı

benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

14496,86

12610,53

Rusiya

64834,47

48806,75

Rumıniya

3670,04

2978,6

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 946,4

min ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü

ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır. Ötən

ilin ilk səkkiz ayında ölkədə 973,4 min ton avtomobil benzini

istehsal olunmuşdu.

Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı

53,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının

istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat

olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
7
azpolitika.info

10Mənbələr