AZ

Azərbaycan millisi ilk dəfə İslandiya yığmasını qəbul edir

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 5-ci tur çərçivəsində İslandiya yığması ilə üz-üzə gələcək.

Tərəflər Bakıdakı 8-ci km stadionunda qarşılaşacaqlar. Görüşü Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Nikola Dabanoviç olacaq.

İslandiya yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Sözügedən komanda ilə indiyə qədər 2 oyun keçirmişik. Bunlardan sonuncusu elə bu seçmə mərhələyə təsadüf edib. Reykyavik şəhərindəki görüşdə millimiz rüsvayçı məğlubiyyətlərindən birinə üzülüb – 0:5.

Bu komandalar arasındakı ilk görüş də 2008-ci ildə Reykyavikdə keçirilib. Lakin həmin oyun yoxlama görüşü olub və 1:1 hesabıyla yekunlaşıb. Bir sözlə, İslandiya yığması ilə ilk dəfə ölkəmizdə üz-üzə gəlirik.

Azərbaycan millisi bu seçmə mərhələdə uğursuz çıxışı ilə seçilir. Komandamız İslandiyaya səfərdə 0:5, Fransaya 0:3, Ukraynaya 1:2 hesabıyla uduzub. Millimizin yeganə “uğuru” Ukraynadan Bakıda xal almasıdır – 1:1.

Qeyd edək ki, D qrupunun bu gün keçiriləcək digər oyununda Ukrayna millisi Fransa yığmasının qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 noyabr

Azərbaycan – İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya).
Bakı. 8-ci km qəsəbə stadionu. Saat 21:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
3
4
arena.az

10Mənbələr