AZ

Səməd Bəşirli: Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir  

Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir. Bu əlverişli şərait ölkədə maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır. Eyni zamanda, iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsini stimullaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 12-də Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in gözlənilən orta illik artımı Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir. Belə ki, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımının 6,1 faiz səviyyəsində olacağı gözlənilir. Ölkədə ÜDM-in artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Bu tendensiya iqtisadi sabitliyin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq.

Seçilən
126
4
azerbaijan-news.az

8Mənbələr