AZ

Səməd Bəşirli: Bunun iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir. Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir”. 

Ölkə.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.

“Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Növbəti ildə qeyri neft-qaz ÜDM-in 5 faiz artacağı proqnozaşdırılır”, - o qeyd edib.

Nazir müavini əlavə edib ki,  iqtisadiyyatın dayanıqlı inkişafı ölkədə maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır. 

“2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in gözlənilən orta illik artımı Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir. Belə ki, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz ÜDM-nin orta illik artımının 6,1% olması gözlənilir. Ölkədə ÜDM-in artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Bu tendensiya iqtisadi sabitliyin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaqdır”, - nazir müavini qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
4
olke.az

8Mənbələr