AZ

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Xəbər verdiyimiz kimi, Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 1024 futbolçunun adını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI


Bizim.Media xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Mert Çelik də var.

Vaxtilə “Neftçi” və “Səbail”də çıxış etmiş mərkəz müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib.

O, hazırda Türkiyə birinci liqa təmsilçisi “Sivasspor”un heyətində çıxış edir.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib.

O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.

Bizim.Media

Seçilən
11
5
bizim.media

6Mənbələr