AZ

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Mert Çelik də var. 

Vaxtilə “Neftçi” və “Səbail”də çıxış etmiş mərkəz müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. 

O, Türkiyə birinci liqa təmsilçisi “Sivasspor”un heyətində çıxış edir.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
5
qafqazinfo.az

6Mənbələr