AZ

Deputatın evi qarət edildi - Oğrular görün nələr apardılar

Fransalı millət vəkili Jero Verninin evi qarət edilib.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.

Məlumata görə, noyabrın 8-də dörd naməlum şəxs deputatın evinə girərək oğurluq edib.

Hadisə siyasətçinin Aix-en-Provence şəhərindəki evində baş verib. Verninin həyat yoldaşı hadisə zamanı evdə olub və hücum səbəbilə şok keçirib.

Maska ​​və əlcək taxan oğrular bir neçə bahalı saat, nağd pul, həmçinin evdəki seyfi apara biliblər. Onlar Verninin evinin qarşısında park edilmiş avtomobillə hadisə yerindən qaçıblar.

Seçilən
87
publika.az

1Mənbələr