Fransalı millət vəkili Jero Verninin evi qarət edilib.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Məlumata görə, noyabrın 8-də dörd naməlum şəxs deputatın evinə girərək oğurluq edib.
Hadisə siyasətçinin Aix-en-Provence şəhərindəki evində baş verib. Verninin həyat yoldaşı hadisə zamanı evdə olub və hücum səbəbilə şok keçirib.
Maska və əlcək taxan oğrular bir neçə bahalı saat, nağd pul, həmçinin evdəki seyfi apara biliblər. Onlar Verninin evinin qarşısında park edilmiş avtomobillə hadisə yerindən qaçıblar.