AZ

Bakı–Ələt–Qazax yolunda hərəkət sxemi müvəqqəti dəyişdirildi

M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15–117-ci kilometrlik hissəsində bir müddətdir təmir işləri aparılır.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumata görə, bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilib. Müvəqqəti təşkil edilən hərəkət sxemi təmir işləri başa çatanadək qüvvədə olacaq.

 

Tikinti aparılan hissədə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

 

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan ərazilərdə hərəkət zamanı xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edib.

Tarix: 10 Noyabr 2025, 00:02   
Seçilən
21
23
pravda.az

10Mənbələr