Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
"M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusunu cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda deyilir.
***19:04
Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı müşahidə olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtomobil yolunda hərəkət demək olar ki, dayanıb. Sürücülər uzun tıxacla üzləşiblər.
Tıxacın səbəbi hələ ki bilinmir.
Görüntünü təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.