AZ

Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib

Gəncə şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Ajans.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib. Gənclər və idman naziri Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib: “Bizə zəfəri yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə isə sağlam həyat arzulayıram. Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində ölkəmizdə bütün idman sahələri yüksək səviyyədə inkişaf edir. Gəncə aerobika gimnastikası üzrə Avropa çempionatı ilə yanaşı, digər vacib tədbirlərə də ev sahibliyi edir. Gimnastika Azərbaycanda ildən-ilə inkişaf edir. Turnirdə iştirak edən idmançılara uğurlar arzulayıram”. Rəsmi çıxışdan sonra Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib. Turnir noyabrın 9-dan 11-dək gənclər və 15 yaşadək idmançılar, noyabrda 14-16-da isə böyüklər arasında təşkil olunacaq.

Avropa çempionatında 20 ölkədən 380 gimnast mübarizə aparır. Onlar fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə çıxış edəcəklər.

Seçilən
9
3
Ajans.az

4Mənbələr