İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, qarşıdakı oyunlar üçün Lamin Yamalın yığmaya çağırıldığını təsdiqləyib və futbolçunun fiziki durumuna dair yayılan şübhələrə aydınlıq gətirib.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, mütəxəssis Yamalın “ideal vəziyyətdə” olduğunu deyib.
“Bunu tam inamla deyirəm: Lamine Yamal mükəmməl vəziyyətdədir. Onun məşqçisi də onun oynamağa hazır olduğunu bildirib. Yamalın çağırılması idman baxımından tamamilə əsaslıdır. Bizə ən yaxşı oyunçular lazımdır və o da onların arasındadır. Burada nə qədər lazım bilsək, yanımızda olacaq”, – De la Fuente vurğulayıb.
De la Fuente bundan əvvəl Yamal və Karvahal arasında yaranan emosional anlaşılmazlıq barədə də danışıb və münasibətlərin gözəl şəkildə davam etdiyini qeyd edib